Təchizat üzrə menecer

  • Elanın qoyulma tarixi: 16.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlamaq;
• Şirkətin satınalma planına uyğun olaraq, satınalma prosedurlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət etmək;
• Satınalma prosedurlarının nəticəsində bağlanmış müqavilələr üzrə icrasına aidiyyəti sifarişçi şöbələr tərəfindən nəzarət olunan mal, iş və ya xidmətlərin təhvil verilmə prosesinə nəzarət etmək;
• Fəaliyyət istiqamətləri üzrə şirkətin rəhbərliyinin keçirdiyi iclas, görüş və digər bu kimi tədbirlərdə iştirak etmək;
• Şöbənin fəaliyyətinə dair hazırlanmış Hesabatlara nəzarətin təşkili, analizi, satınalma sorğularının hazırlanması və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək;
• Şirkətin büdcəsində nəzərdə tutulan xərc maddələri üzrə ehtimal olunan qiymətin hazırlanması prosesinə nəzarət etmək;
• Şirkətin vahid satınalma planını formalaşdırmaq və nəzarət etmək;
• Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təmin etmək və daim nəzarətdə saxlamaq;
• Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlanılmasına diqqət etmək;
• Sifarişçilər tərəfindən icraya yönləndirilmiş sifarişlərin statusu barədə məlumatların əks olunduğu hesabatlılığın hazırlanması;
• Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təqdim olunması üçün təkliflərin hazırlaması;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini.
• Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis dili və Rus dili yaxşı;
Əmək haqqı: 4000 manat (Vergi və digər ödənişlər daxil olmaqla)

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq ixtisaslar üzrə ali təhsil;
• Dövlət satınalmaları ilə iş sahəsində minimum 3 il təcrübə.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Təchizat üzrə menecer" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.