Təhlükəsizlik infrastrukturu şöbəsinin mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• DLP sisteminin tətbiqi və idarə edilməsi;
• Baş vermiş insidentlərin araşdırılması və təhlili;
• İnformasiya təhlükəsizliyinə dair prosedur, siyasətlərin yazılması və test olunması;
• İnformasiya təhlükəsizliyi standartlarının tətbiq olunması və onlara əməl edilməsinə nəzarət.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
• Şəbəkə avandanlıqlarının (router, switch, access point, firewall və.s) əsas parametrlərinə dair biliklər;
• DLP sistemlərinin işləmə mexanizmi barədə dərin biliklər;
• Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı;
• Anti-virus, Anti-Malware sistemləri üzrə biliklər;
• Email təhlükəsizliyi sistemləri üzrə biliklər;
• Monitorinq sistemləri üzrə biliklər;
• İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 may 2021-ci il tarixinədək email-in mövzu hissəsində Təhlükəsizlik infrastrukturu şöbəsinin mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi