Keyfiyyət və prosesə nəzarət üzrə aparıcı mütəxəssis

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 08.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsil;
• mexanika mühəndisliyi;
• kimya mühəndisliyi;
• qida mühəndisliyi;
• maşın mühəndisliyi;
• sənaye mühəndisliyi;
• proseslerin avtomatlaşdırılması mühəndisliyi;
• texnoloji maşın və avadanlıqlar mühəndisliyi;
• cihazqayırma mühəndisliyi;
• mühəndis fizikası;
- Bu sahədə ən azı 3-4 illik təcrübəyə malik olmalı;
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalı;
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;

İş haqqında məlumat:

• Keyfiyyət standartlarına uyğun nümunələrin alınması;
• İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
• Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi;
• Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO9001 / 22000) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət edilməsi;
• Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görülməsi;
• Qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən istehsalatın dövlət standartlarına uyğun aparılmasını təşkil edilməsi;
• Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasının təşkil edilməsi;
• İstehsalat hesabatlarının hazırlanması;
• İstehsalat prosesinə nəzarəti həyata keçirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı qeyd olunmalıdır) göndərə bilərlər.

İşəgötürənin reytinqi