Junior Linux Administrator

  • Kibrit
  • Elanın qoyulma tarixi: 06.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Köməkçi Linux Administratoru olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsınız:

• Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu)
• HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat)
• LoadBalancer/Failover sistemlərinin idarə olunması (keepalive, peacemaker, haproxy, nginx)
• Relational və non-relational baza sistemlərin qurulması (Redis DB + Sentinel, mongodb, mysql, postgresql)
• Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh)
• VMWare əsaslı virtual maşınların idarə olunması.

Bu vəzifədə sizdən gözləntilərimiz:

• İlin sonuna qədər proqram təminatının yeni instalyasiyada qaldırılması üçün lazım olan alətlərin yazılmasını script vasitəsilə avtomatlaşdırmanız.
• İlin sonuna qədər SİP protokolunun işləmə prinsipini və sip debugging üzrə nəzəri və praktiki biliklərə yiyələnməniz.
• Çoxşaxəli və inteqrasiya tələb edən İVR-ların ilik sonuna qədər python script ilə yazmanız.

Tələb olunan texniki bilik və bacarıqlar:

• Sistem təhlükəsizlik bilikləri (SELinix, Firewalld + Iptables)
• Şəbəkə haqqında ümumi biliklər
• Əməliyyat sistemləri haqqında əsas biliklər
• Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq
• Linux idarəsi üzrə 1-2 il təcrübə

Arzuolunan şəxsi keyfiyyətlər:

• Sistemli, analitik düşüncə tərzi
• Məqsədyönlülük
• Nəticəyönlülük
• Diqqət və dəqiqlik
• Komandada işləmək bacarığı

Aşağıdakı keyfiyyətlər/bacarıqlar da varsa, sizi daha çox bəyənəcəyik:

• İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları, iqtisadiyyat və idarəetmə qrupu ixtisas üzrə ali təhsil
• DevOps alətlərini idarə etmək təcrübəsi
• Python dilində skriptlərin yazılması üzrə təcrübəniz var
• Asterisk PBX üzrə təcrübəniz var
• İngilis dilini bilirsiniz (texniki sənədlərlə işləmək üçün yetərli səviyyədə)

Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:

• Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
• Bir çox insanın həyatına təsir edəcək maraqlı və ciddi layihələrdə iştirak edəcəksiniz.
• Matris tipli qurum strukturunda sərbəst və rahat iş mühitində işləyəcəksizniz.

Şərtlət, əlavə imtiyazlar (Benefits):

• Rəqabətli əməkhaqqı
• Azərbaycanın ən yaxşı sığorta şirkətlərindən birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
• Ofisdə nahar yeməyi (şirkətin hesabına)
• Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini 16.05.2021 tarixinədək "Junior Linux Administrator" başlığı (subject) ilə [email protected] e-mail ünvanına göndərə bilər.

İşəgötürənin reytinqi