İstehsal rəhbəri

İşin təsviri

Əmək funksiyaları

Müəssisə kənd təsərrüfatı fəaliyyəti olaraq üç istehsal sahəsini özündə cəmləyir. İstehsal rəhbəri sadalanan sahələrin idarə olunmasına məsuldur və İdarə Heyətinin sədrinə hesabat verir:
- Əkinçilik
- Yem istehsalı
- Heyvandarlıq
• İstehsal rəhbəri müəssisəsinin ümumi istehsal fəaliyyətini idarə və təşkil etməlidir.
• Hər üç əməliyyat sahəsi üzrə illik istehsal planlarının tərtib edilməsi, razılaşdırılması və təsdiqlənməsini təmin etməlidir.
• Təsdiqlənmiş plana uyğun istehsalın təşkilini və nəzarəti yerinə yetirməlidir.
• İstehsal edilmiş ət və süd məhsulları ilə bağlı daxil olan müştəri müraciət və şikayətlərini cavablandırmalıdır.
• İstehsalın təkmilləşdirilməsi məqsədilə mütəmadi təkliflər və önərilər verməlidir.
• Qarajın idarə edilməsi onun nəzarətində olmalıdır, texnikaların təmizliyindən sağlığına kimi bütün proseslərin icrasına nəzarət edilməsi.
• Məhsulların buraxılışı üzrə istehsalat texnologiyası sahəsində respublika və xarici ölkələrin qabaqcıl təcrübəsi öyrənilməli və tətbiq edilməlidir.
• İstehsalata daxil olan xammalın keyfiyyətinə, məhsulun hazırlanması texnologiyasına və xammalın istifadə normalarına daimi olaraq nəzarət etməlidir.
• Əsas istehsal cədvəli və əməliyyat büdcələrinin idarə olunmasına diqqət etməlidir.
• Yüksək təzyiqli vəziyyətlərdə həlledici qərarlar qəbul etməkdə, tənqidi düşüncə və bütöv təhlil yolu ilə növbəti fəaliyyət istiqamətini seçməkdə rahat olmalıdır.
• Təfərrüatlara diqqətli olmalıdır.Ən kiçik detallar, istər bir məhsulun dizayn qüsuru, istər tədarük zəncirindəki bir gecikmə olsun, əhəmiyyətli dərəcədə təsir göstərə bilər və istehsal rəhbəri bunlara qarşı diqqətli olmalı və inkişaf etdirmək üçün əllərindən gələni əsirgəməməlidir.
• İstehsalat kadrlarının mütəmadi olaraq müvafiq təlimlərə yönləndirilməsi və xidməti fəaliyyətinin qiymətləndirilməsini təmin etməlidir.
• İstehsalatla bağlı müəssisədaxili müəyyən olunmuş qaydada hazırlanmış müxtəlif növ aylıq hesabatların yoxlanması, təsdiqlənməsi və rəhbərliyə təqdim olunmasını təmin etməlidi.
• Məhsulun hazırlanması texnologiyası və digər istehsalat məsələləri üzrə təlimatların keçirilməsi
İşçilərin iş bacarıqlarının qaldırılması üzrə daimi olaraq işin aparılması, əməyin qorunması və texniki təhlükəsizlik üzrə təlimatların verilməsi.

Tələblər

- Ali təhsil (idarəetmə, iqtisadiyyat, istehsal sahələrində)
- İstehsal sahəsində idarəetmə üzrə iş təcrübəsinə malik olmaq
- Dil biliyi: Azərbaycan -əla səviyyə, Rus, İngilis – orta səviyyə
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook, Powerpoint)
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı (istehsal/satış)
- İstehsalın iqtisadi göstəricilərini təhlil etmə bacarığı (özünütəmin etmə, satış, marja)
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik, strateji və sistemli düşüncə

Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “İstehsal rəhbəri” qeyd etməklə göndərə bilərlər.