Hesabatlar üzrə mütəxəssis

  • TBC Kredit
  • Elanın qoyulma tarixi: 03.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Həmkarları və müştəriləri ilə şəffaf və açıq ünsiyyət qurmalı;
• Komanda oyunçusu olmalı və kömək etmək üçün hər zaman hazır olmalı;
• Təşkilat və müştərilər haqqında olan məlumatları məxfi saxlamalı;
• İşçi məlumat sızmasını aşkar edərsə dərhal birbaşa rəhbərini və təhlükəsizlik şöbəsini xəbərdar etməli;
• Hesabat şöbəsinin gündəlik işlərinin idarə edilməsi;
• Direktorlar heyəti, səhmdarlar və investorlar üçün təqdimatların hazırlanmasında köməklik göstərməli;
• Borcverən və səhmdar təşkilatları üçün aylıq, rüblük və illik hesabatların hazırlanması;
• Müqavilələrdə göstərilən razılaşmanın uyğunluğunun yoxlanılması, aylıq nəticələrin hesabatını maraqlı tərəflərə təqdim edilməsi, gələcək dövrlər üçün proqnozların verilməsi;
• Hər ayın sonunda hazırlanmalı hesabatlar:
o Nəzarətdə olan kreditlərin siyahısı
o NLP hesabatı (geyriqənaitbəxş kreditlər)
o Gecikmə haqqının hesablanması
o Dəyərsizləşməmiş yerli kreditlərin təchizatının hesablanması
o Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyyat məbləğlərinin hesablanması
o Kreditlərin restrukturizasiyasına dair hesabat
o Kredit portfelinin hesabatı
o GRF hesabatı
o Risklərin qiymətləndirilməsinə dair hesabat və təqdimat
o Digər planlı və xüsusi hesabatlar;
• Milli bank və dövlət statistika komitəsi üçün icbarı hesabatların hazırlanması;
• Müdriyyət tərəfindən tələb olunan aylıq və xüsusi hesabatların hazırlanması;
• Bütün təşkilatın hesabatlarının sistemləşdirilməsi;
• Büdcə tərtibatında köməklik göstərməsi;
• Kredit müqavilələrinin toplanması və analizi.

Təhsil: İqtisadi, maliyyə və digər oxşar sahələrdə ali təhsil
İş təcrübəsi: Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi

Dil bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dili yaxşı səviyyədə biliyin olması vacibdir
Kompüter bilikləri: Microsoft Office (Excel və Power Point proqramlarını yüksək səviyyədə bilməli)

Tələblər:

• Yüksək səviyyədə analitik və problem həlletmə bacarığı;
• Yaxşı prioritetləşdirilmə bacarığı;
• Məhdud vaxt şəraitində işləmək bacarığı;
• Detallara diqqət etmək.
• Dürüst və etibarlı olmalı;
• Çevik olmalı.

Xahiş olunur ki, CV-ləri 3 iyun 2021-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim edəsiniz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Hesabatlar üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi