Satış üzrə nümayəndə (xanım)

  • Bioderma
  • Elanın qoyulma tarixi: 03.05.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri və tələblər

XƏZİNƏMED MMC olaraq BİODERMA, İNSTİTUT ESTHEDERM, ETAT PUR, PROPİA brendlərinin rəsmi distributoruyuq. Komandamıza aşağıdaki xüsusiyyətlərə sahib qadın əməkdaş axtarışındayıq:

• Universitet məzunu xanım,
• Aptek satış sektorunda reseptsiz məhsulların (OTC) və ya dermokosmetika / kosmetik məhsulların satışında minimum 3 il iş təcrübəli,
• Sürücü vəsiqəsi olmalı ve aktiv avtomobil sürməyi bacarmalı
• Səyahət edə bilməli (Səyahət planına əsasən digər şəhərlərə gedə bilməli),
• Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dilini ən az orta səviyyədə bilməli,
• MİCROSOFT OFFİCE proqramlarını səlis şəkildə bilməli,
• Komanda ilə işləmə bacarığı olmalı,
• Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olmalı,
• Müştərilərlə gözəl ünsiyyət qurmalı və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməli,
• Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olmalı

Vəzifələr

• Cavabdeh olduğu Aptekləri, klinikaları və mağazaları müntəzəm ziyarət etmək, Sifariş almaq və aylıq satış hədəflərini həyata keçirmək,
• Portfelə yeni aptek, klinika və mağaza dilerlərinin daxil etmək,
• Aptek, mağazaların ehtiyacı olan təlimləri analiz etmək,
• Apteklər, klinika və mağazalarda rəflərin təşkili və məhsulların nümayişlərini hazırlamaq, əlavə nümayiş sahələri yaratmaqla brendlərin strategiyasını dəstəkləmək,
• Apteklərdə və mağazalarda müştərilərə satışların artırılmasından cavabdeh olmaq və satış rəqəmlərini mütəmadi olaraq izləmək,
• Aptek və mağaza daxilində təlimlər təşkil edərək çalışan işçilərin təlimi və inkişafını izləmək,
• Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.
• Aptek və mağazaların ödəniş hesabatını aparmaq, nəzarət etmək və rəhbərliyə təslim etmək.

İş qrafiki:

- 6 günlük iş norması (bazar istirahət günü)
- İş vaxtı : 09:00 – 18:00
- Nahar yeməyi
- Aktiv istifadə edəcəyi Avtomobil

Əmək haqqı: Üz üzə danışıqlara əsasən qərar veriləcək

Vakansiyayla maraqlanan xanım namizədlərin şəkilli CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.