Tibbi nümayəndə (xanım)

  • Bioderma
  • Elanın qoyulma tarixi: 17.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Işin təsviri və tələblər:

Xəzinəmed MMC şirkəti  Azərbaycanda rəsmi olaraq Bioderma, Institut Esthederm və Etat Pur brendlərinin distirutorudur.  BIODERMA,ESTHEDERM, ETAT PUR dünya dermatoloqları tərəfindən ən çox məsləhət görülən brendlerdlərdir. Dünyanın 130-dan çox ölkəsində satılan bu brendlər Azərbaycan bazarındakı payını  dünya bazarına paralel olaraq genişləndirməyə davam edir. Böyüyən komandamıza  təcrübəli Tibbi satış nümayəndəsi axtarışındayıq.

  • Dermatoloq, Pediatr, Allerqoloq,Həkim Kosmetoloq və Kosmetolologiya sektorunda  ən az 3 il iş təcrübəsi olan,
  • Həkimlərlə və/ və ya estetik mərkəzlərlə aktiv işləməyi bacaran,
  • Ali təhsilli, Azərbaycan və Rus dillərini səlis, İngilis dilini və Türk dilini ən az orta səviyyədə bilən,
  • Sürücü vəsiqəsi olan və fəal avtomobil sürməyi bacaran,
  • Həkimlərlə sıx və yüksək səviyyəli münasibət qura bilən,
  • Səyahət edə bilən (Bakı və digər şəhərlərdə dermatoloq ziyarəti edən),
  • Hərəkətli iş rejimində işləməyi bacaran

Vəzifələr:

  • Cavabdeh olduğu xəstəxana və klinikalarda - Həkimləri müntəzəm ziyarət etmək və firma məhsullarının reseptlə yazılmasını təmin etmək,
  • Məhsulların estetik mərkəzlərdə və ya klinikalarda satışına nəzarət etmək,
  • Bazarın, rəqiblərin araşdırılması və tələbatın müəyyənləşdirilməsi,
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi,
  • Həkim bazasının formalaşdırmaq və müntəzəm olaraq yeniləmək,
  • Rəqib analizi aparmaq,
  • İndividual fəaliyyət planını həyata keçirmək,
  • Seminar və təqdimatlar təşkil etmək və keçirmək,
  • Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.

Qeyd: 2 Tibbi Nümayəndə işə alınacaqdır:

  1. Dermatoloq, Həkim kosmetoloq, Kosmetoloq və Estetik mərkəzlərlə işləməyi bacaran və bazası olan.
  2. Pediatr və Allerqoloqlarla işləməyi bacaran və bazası olan.

İş qrafiki:

  • 5 günlük iş norması (bazar istirahət günü)
  • İş vaxtı : 09:00 – 18:00

Əmək haqqı üzbəüz danışıqlara əsasən qərarlaşdırılacaq.

Vakansiyayla maraqlanan şəxslərin şəkilli CV-lərini mövzu bölməsinə "TIBBI NÜMAYƏNDƏ" yazaraq [email protected] ünvanına yollamaları xahiş olunur.

Qeyd : Təcrübəsiz şəxslərin müraciətləri nəzərə alınmayacaqdır.  Sadəcə qadın namizədlərin CV ləri diqqətə alınacaq.