Tibbi Satış Nümayəndəsi

  • Bioderma
  • Elanın qoyulma tarixi: 25.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri və tələblər:

  • Universitet məzunu ,
  • Premium dermakosmetika və ya klinik kosmetika  sektorunda işləmiş və minimum 2 il iş təcrübəsi olan, 
  • Azərbaycan və Rus dillərini səlis danışan,
  • Diqqətli, gülərüzlü, səbrli, məsuliyyətli və təşəbbüskar olmalı,
  • Ehtiyac olduğu zaman səyahət edə bilən,
  • Hərəkətli iş rejimində işləməyi bacaran,
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirə bilən,
  • Şirkətə yeni həkimlər qazandıra bilən,
  • Səliqəli xarici görünüşə, nəzakətli danışığa və təqdimat qabiliyyətinə malik olmalı

Vəzifələr:

  • Cavabdeh olduğu Özəl klinikaları, satış mərkəzləri, həkimləri, aptek və mağazaları  müntəzəm ziyarət etmək və firma məhsullarının reseptlə yazılmasını və birbaşa satışını təmin etmək,
  • Cavabdeh olduğu bölgələrdə məhsulların satışına nəzarət etmək,
  • Dermatoloq və həkim kosmetoloq bazasını müntəzəm olaraq yeniləmək,
  • Rəqib analizi aparmaq,
  • İndividual fəaliyyət planını həyata keçirmək,
  • Seminar və prezentasiyalar təşkil etmək və keçirmək,
  • Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.

İş şərtləri: 

  • 5 günlük iş norması (şənbə və bazar istirahət)
    İş vaxtı : 09:00 – 18:00
  • Əmək haqqı: 1250- 1600 + Bonus
  • Benzin kartı və maşın məsrəfləri
  • Seçilən namizədlər peşəkarlar tərəfindən keçirilən təlimdən sonra işlə təmin olunacaqdır.

Maraqlanan şəxslərin mail adresinə CV göndərməkləri xahiş olunur.