• Topdan və pərakəndə satış
• Korporativ satış
• SmartOn.az onlayn mağaza üzərindən satış
• Rəsmi və avtorizə olunmuş servis mərkəzləri
Şirkət hər zaman müştərilərin istəklərini, tələbatlarını üstün tutaraq, qurduğu düzgün müştəriyönümlü siyasət nəticəsində ətrafında geniş miqyaslı müştəri kütləsi yarada bilmişdir.
Vəzifə öhdəlikləri
- Audio video avadanlıqlarının satışının həyata keçirilməsi
- Layihənin işlənməsi etapında müştəri ilə işin aparılması
- Müştərinin ilkin sorğularını işləyib hazırlayaraq texniki tapşırıqların formalaşdırılması
- Layihələrin büdcəsinin hazırlanması və texniki-kommersiya təklifinin hazırlanması;
- Yeni müştərilərin axtarılması və cəlb edilməsi
- İşlərin quraşdırma mərhələsində işə nəzarət edilməsi
- Avadanlıq bazarının öyrənilməsi, onun gələcək layihələrdə işlədilməsi üçün effektikv həllərin axtarılması
Namizədə qarşı tələblər
- Audio Video Əməliyyat Sistemini bilməli
- Layihələrlə işləmə qabiliyyətli
- Avadanlıqlara məxsus sənədlərlə işləmə qabiliyyəti
- Xarici partnyorlarla texniki səviyyədə yazışma qabiliyyəti
- Müştəri bazasına sahib
- Ali texniki təhsilli
- Azərbaycan dili və orta danışıq səviyyəsində ingilis dili biliyi
- İş təcrübəsi 5 il (audio, video sistemlərinin layihələndirilməsi və satışı sahəsində) AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə və tibbi sığorta ilə təminat
- Əmək haqqı: namizədin bilik və təcrübəsindən asılı olaraq 2000-2500 manat təyin edilib.
- İş qrafiki: 10:00-19:00, həftədə 5 gün
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi ingilis dilində tərtib edərək [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.