Öhdəliklər:
• Marketing strategiyasını və planlarını hazırlamaq;
• Marketing məlumatlarının çatdırılması yollarının təkmilləşdirilməsi;
• Kredit məhsulları bazarında olan məlumatların gecikdirilmədən müdiriyyətə çatdırılması;
• TBC kreditin yeni və mövcüd kredit məhsullarının reklam edilməsi ilə bağlı kampaniyaların (tədbirlərin) keçirilməsi;
• Planlaşdırılmış tədbirlərin (kampaniyaların) keçirilməsi və ona nəzarət edilməsi;
• Reklam fəaliyyətinin heyata keçirilməsi ilə əlaqədar broşura, açıqça və s. sifarişi və yerləşdirilməsi;
• Kredit məhsulları siyahısında və məhsulların şərtlərində edilmiş deyişiklərlə əlaqədar olaraq KİV və reklam materiallarında müvafiq yeniliklərin edilməsinin təmin olunması;
• Marketing büdcəsinə nəzarət edilməsi;
• Marketing fəaliyyətinin nəticələrinin müqayisəli təhlili və müdriyyətə hesabat verməsi;
• Veb dizaynerlər, fotoqraflar dizaynerlər, istehsalat və tədqiqatlar ilə məşğul olan şirkətlərlə mütəmadi olaraq əlaqə saxlaması;
• Ümumdünya Elektron Şəbəkəsində veb saytın hazırlanmasına nəzarət edilməsi və onun idarə olunması.
Tələblər:
• Müvafiq sahədə ali təhsil;
• Azərbaycan və rus dillərində səlist danışıq qabiliyyəti;
• İngilis dilinin yaxşı səviyyədə biliyin olması vacibdir;
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
• Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları;
• İşdə dəqiqlik və detallara fikir vermək bacarığı;
• Marketing sahəsində 3 ildən çox iş təcrübəsi.
Xüsusi tələblər:
• “Facebook Ads Manager”-lə işləmək bacarığı;
• Google Analitics, Yandex Metrics, Search Console, Tag manager kimi rəqəmsal alətlərin yaxşı səviyyədə bilməsi;
• Digital tool (Sem Rush, Buzzsumo və s.) yaxşı səviyyədə bilməsi;
• Analitik bacarıqlar;
• Liderlik bacarığı;
• Seo üzrə biliklər;
• Google alqoritmlərinə yaxşı səviyyədə bələd olması.
Xahiş olunur ki, CV-ləri 20 may 2021-ci il tarixədək e-mail ([email protected]) vasitəsilə təqdim edəsiniz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Marketing meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.