Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinə aparıcı mütəxəssis

İşin təsviri

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Müştərilərlə görüşlərin keçirilməsi, bank məhsullarının təklif edilməsi (LC LG və.s.) ;
• Akkreditiv və qarantiyaların sistemdə açılması, dəyişdirilmısi, bağlanması və s.;
• Akkreditiv və Qarantiyalar üzrə komissiyaların tutulması;
• Akkreditivi və Qarantiyalar üzrə müqavilələrə baxılması, müştərilərlə konsultasiyaların aparılması və digər cari işlərin icrası;
• Layihələrin maliyyələşdirilməsi üzrə işlərin aparılması.

Bizim üçün uyğun namizəd:

• Ali texniki təhsilli (İqtisadiyyat, Maliyyə sahəsi üzrə arzuolunandır);
• Flexcube, BPM, Bİ sistemlərində işləmə bacarığı olan;
• Minimum 1 il bank üzrə iş təcrübəsi olan;
• Azərbaycan dili yüksək səviyyədə, rus dili orta səviyyədə olan;
• Ünsiyyət və problemləri həll etmə bacarığı yüksək olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.