SƏTƏMM şöbəsinin rəhbəri

İşin təsviri

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək.
• İstehsalat zədələnmə və xəstəliklərin vəziyyətinin təhlili və onların qarşısını almaq üçün tədbirləri hazırlayıb həyata keçirimək.
• Müvafiq struktur bölmələrinin nümayəndələrilə birlikdə maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventilyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunu yoxlamaq.
• Zədələnmə və iş yerində xəstəliklərin qarşısını almaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi şəraitinin yaxşılaşdırılması üçün digər struktur bölmələrlə birlikdə fəaliyyət plan və proqramın hazırlanması və həyata keçirimək.
• İşçiləri tibbi müayinəyə göndərilməsini təşkil etmək.
• İstehsalatda baş vermiş bədbəxt hadisələri araşdırmaq.
• Əməyin mühafizəsilə bağlı qanunvericiliyə uyğun hesabatlar hazırlamaq.
• İşə qəbul olunmuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş/təkrar təlimatı keçirmək.
• Təxliyə planının hazırlanmasında iştirak etmək və işçiləri məlumatlandırmaq.
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.

NAMİZƏDƏ TƏLƏBLƏR

•Ali təhsil və ya magistr dərəcəsi
• Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində ən azı 5 ildən az olmayan iş təcrübəsi. İstehsalat üzrə 2 ildən az olmayan təcrübəsi.
• Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İŞ SAATI

• Həftə ərzində 5 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.