Mütləq hesabatlar şöbəsində mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 21.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- MB və digər dövlət strukturlarına gündəlik, həftəlik, yarım-aylıq, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;
- Daxili və kənar yoxlayıcılara bank göstəriciləri ilə əlaqədar məlumatların verilməsi;
- Bankın balans və balansarxasında olan uyğunsuzluqları müəyyən etmək və düzəlişlərin edilməsi üçün müvafiq strukturlara müraciət etmək;
- MB və digər qurumlara, eyni zamanda bank rəhbərliyinə müxtəlif sorğular əsasında birdəfəlik hesabatların hazırlanması və müəyyən edilmiş müddət ərzində təqdim edilməsi.

Tələblər:

- Ali təhsil;
- Dil tələbləri: Azərbaycan dilini yüksək səviyyədə bilməli, Rus və İngilis dili orta səviyyədə bilməsi arzuolunandır;
- İstənilən hesabatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
- Məlumatlarla işləmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Minimum orta səviyyədə Microsoft Excel bilikləri;
- Banklar üçün mövcud hesablar planından xəbərdar olması.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Mütləq hesabatlar_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 

İşəgötürənin reytinqi