Proqram təminatı üzrə kiçik mütəxəssis

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 15.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Siz elektron poçtun “mövzu” yerinə “Proqram təminatı_kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: İT əməliyyatları şöbəsi
Vəzifə: Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

- Proqram təminatının qurulması, sazlanması və yeniləmələrin yüklənməsi;
- Proqram təminatları arasında qarşılıqlı əlaqənin sazlanması;
- Proqram təminatlarının işləməsini nəzarətdə saxlamaq, lazımı monitorinq sazlamaları aparmaq;
- Tətbiqlər üzrə sənədləşmə aparmaq;
- Tətbiqlərdə yaranmış problemləri araşdırmaq və aradan qaldırmaq.

Tələblər:

- Tətbiqdə əksini tapmış biznes prosesini anlama bacarığı;
- Kompleks tətbiqlərin sazlanması və idarəedilməsi, xətaları araşdırma bacarığı;
- Banklarda istifadə olunan proqram təminatlarını mənimsəmə və lazımı sənədləşmə işlərini aparma bacarığı;
- Analitik və problemi həll etmə bacarığı, araştırma zamanı məsələyə müxtəlif yönlərdən yaxınlaşma bacarığı;
- Monitorinq tətbiqləri ilə işləmə, log fayllarını analiz etmə bacarığı;
- Linux və Windows əməliyyat sistemləri, Weblogic, Apache Tomcat serverləri ilə işləmə bacarığı;
- SOAP və Rest servislərini test etmə bacarığı;
- Müstəqil işləmə, yeni sahələri və yeni bacarıqları tez öyrənmə qabiliyyəti.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəgötürənin reytinqi