Digital Marketing Manager

İşin təsviri

Banner/MediaCom Azerbaijan şirkəti Azərbaycanda ən böyük reklam agentliklərindən biridir. O həm böyük beynəlxalq, həm də yerli müştərilərlə çalışır və BANNER şirkətlər qrupunun tərkib hissəsidir.

Banner/MediaCom Azerbaijan Digital Marketing Manager vakansiyası üzrə işçi qəbulu elan edir.

Tələblər

  • Azərbaycan, İngilis və Rus dilini əla səviyyədə bilmək
  • İstər e-mail vasitəsilə, istərsə də şifahi yaxşı kommunikasiya qura bilmək bacarığı
  • Microsoft Office (Excel, PowerPoint, Word, Outlook) paketi təcrübəli iş bacarığı
  • Marketinq kommunikasiyaları və reklam sahəsində geniş dünyagörüşü
  • Google Adwords, Facebook Ads Manager, Google Analytics istifadə bacarığı;
  • Riyaziyyatı və məntiqi yaxşı bilmək
  • İqtisadiyyat, marketinq, riyaziyyat sahəsində ali təhsili olmaq üstünlükdür
     

Görüləcək işlər:

  • Şirkətin müştəriləri ilə ünsiyyət (əsasən e-mail üzərindən)
  • Mediaplana əsasən reklamların internetdə yerləşdirilməsi, onların analizi
  • Müştərilər üçün təqdimatların, internetdə reklam yerləşdirmək üçün yeni alətlərin təklif olunması

Detallar:

  • Həftədə 5 gün, 8 saatlıq iş rejimi
  • Gənc, peşəkar və yaradıcı ruhlu kollektivdə çalışmaq imkanları
  • Əmək müqaviləsi ilə rəsmiləşdirmək;
  • Şəhərin mərkəzində, əlverişli yerdə ofis

Maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına “Digital Marketing Manager” başlığı ilə göndərə bilər.