İşin təsviri
Azərbaycanda fəaliyyət göstərən aparıcı reklam agentliklərindən birinə Digital Marketing sahəsi üzrə işçi tələb olunur. Həm təcrübəli, həm də təcrübəsi olmayıb amma bu sahəyə çox marağı olan perspektivli gəncləri komandamızda görmək istəyirik.
Tələb olunun biliklər:
- Excel və PowerPoint proqramlarında işləmək bacarığı
- Rus və ya ingilis dillərindən birini yaxşı səviyyədə bilmək (hər iki dilmək üstünlükdür)
- Reklam sahəsində biliklərin olması, rəqəmsal platformalarda sərbəst işləmə bacarığının (Google ads, Meta Business Suite, Smartbee, yerli saytlarda banner yerləşdirmək ve s.) olması üstünlükdür.
- Əla riyazi biliklər
- Planlaşdırma, vaxtın düzgün idarə olunması,yaradıcılıq bacarıqlarının olması
- Səlis Azərbaycan dili və xarici dil bacarıqları.
- Punktual, səliqəli və diqqətli olmaq.
Vəzifə öhdəlikləri:
- Beynəlxalq reklam platformaları (Meta, Google, Tiktok, Youtube, Linkedin, və s.) ilə işləmək;
- Yerli reklam platformaları ( Smartbee, Adviad) ilə işləmək, yerli saytlarda reklam bannerləri yerləşdirmək
- Reklam kampaniyaları üçün hesabatların hazırlanması
- Rəqiblərin,ümumi bazarın təhlili və bu istiqamətdə təkliflərin,yeni ideyaların hazırlanması
- Digital marketinq sahəsində rəhbərlərin və account managerlərin tapşırıqlarını yerinə yetirmək
- Mediaplanların tərtib olunması, mediaplana əsasən reklamların yerləşdirilməsi, kampaniya sonunda hesabların hazırlanması
İş şəraiti:
- İş günlər : Həftənin 5 günü
- İş vaxtı: 10:00-18:00
- Əmək haqqı: razılaşma əsasında
- Böyük markalarla işləmə perspektivi
- Ünvan: Üzeyir Hacıbəyov küç 2A (Sahil metro stansiyasının yaxınlığı)
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində "Digital Marketing Specialist" qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur