Hüquqşünas

  • Bank BTB
  • Elanın qoyulma tarixi: 08.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

- Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
- Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
- Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır;
- Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
- Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
- Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
- Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
- Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
- Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin hüquqi ekspertizasını aparır;
- Müraciətlərin reyestrdə qeydiyyatını aparır.

Namizədə tələblər:

- Ali hüquqi təhsil;
- Bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
- Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
- MS Office proqramlarından istifadə etmə bacarığı;
- Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti,
- Stressə davamlılıq;
- Məsuliyyətlilik;
- Ünsiyyət qurmaq bacarığı;
- Sərbəst işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquqşünas) göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi