İşə qəbul və təlim üzrə mütəxəssis

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 07.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

• İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə Ali təhsil;
• İşə qəbul və Təlim sahəsində minimum 3 il iş təcrübəsi;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Müsahibə və tədqiqatçılıq bacarıqları;
• Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili bilikləri;
• İrəli səviyyədə MS Office bilikləri;

Vəzifə öhdəlikləri:

• İşəqəbul strategiyasına və Şirkətin işəqəbul siyasətinə əsaslanan effektiv işə qəbulprossesini həyata keçirmək;
• İşəqəbul proseslərini, prosedurlarını və digər müvafiq sənədlərini mütəmadi olaraq yeniləmək;
• Tədqiqat aparmaq və yeni işəqəbul üzrə metodları təqdim etmək;
• İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsini təmin etmək;
• Yeni işçilərin rəsmi qeydiyyata alınması üçün Kadrlar şöbəsi ilə sıx əməkdaşlıq etmək və sınaq müddətlərinin izləməsini və nəticələrinin hesabatlılığını hazırlamasını təmin etmək;
• Namizədlərin dəyərləndirilməsi üçün ixtisas testləri, İQ, EQ, psixoloji və digər müvafiq testləri hazırlamaq və tətbiq etmək;
• İşəqəbul olan işçilər üçün “Onboarding” təlimləri təşkil və təmin etmək; yeni əməkdaşların adaptasiya dövrünün izlənməsini təmin etmək;
• Xarici vətəndaşların işəqəbul prossesini həyata keçirmək, miqrasiya işlərini təşkil etmək və sənədləşmə prossesinin sonacan izlənməsini və həyata keçirilməsini təmin etmək.
• Təlim və inkişafla bağlı prosedurlar hazırlamaq və təşkil etmək;
• Təlim ehtiyaclarını monitorinq etmək və müəyyənləşdirmək;
• İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və tətbiq etmək;
• Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq;
• İllik təlim planlarını hazırlamaq və təlim büdcəsinin hazırlasnmasında iştirak etmək;
• Müxtəlif növ təlimlərin, seminarların təşkili, biliklərin tədris olunmasında bilavasitə iştirak etmək;
• Aparılan təlimlərin nəticələrini ölçmək və qiymətləndirmək;
• Rəhbərlik təfərindən təyin olunmuş digər əlaqəli tapşırıqları yerinə yetirmək və daim hesabatlılığı təmin etmək.

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar və Servis Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə " İşə qəbul və təlim üzrə mütəxəssis" yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.