Müştərilərlə iş üzrə meneceri

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Dəmir yolları, beynəxlaq daşıma əməliyyatlarından, logistika sahəsində məlumatlı olmaq;
• Müştəri bazası yaratmaq, mövcud baza ilə işləmək;
• Potensial müştəriləri araşdırmaq, görüşmək və cəlb etmək;
• Potensial və mövcud müştərilərə mərkəz xidmətlərini təqdim etmək;
• Müştəriyə xidmət təklifin hazırlamaq və təqdim etmək;
• Müştərilərlə xidmət müqaviləsinin bağlanmasını təmin etmək;
• Satışa dəstək qruplarını koordinasiya etmək, onların performansını qiymətləndirmək, effektivliyini artırmaq, xidmətlərlə barədə təlimatlandırmaq;
• Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;
• Müştəri portfeli üzrə debitorlara nəzarət etmək, təyin edilmiş normanı izləmək;
• Müştəri portfelini təhlil etmək və gəlirliyin artırılması istiqamətində təklifləri hazırlamaq;
• Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
• Əmək haqqı müsahibə əsasında müəyyənləşəcəkdir.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Müştərilərlə iş sahəsində 3 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili əla, Rus dilləri və İngilis dili yaxşı;
• Korporativ müştərilərlə ünsiyyət bacarıqları olmalı;
• Müştəri cəlbi, araşdırılması və ehtiyacların təhlili bacarıqları;
• Məhsul təqdimatını bacarmalı;
• Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
• Yaş həddi: 25-40 yaş.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 20 aprel 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştərilərlə iş üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.