Fırıncı

  • Lavinia MMC
  • Elanın qoyulma tarixi: 06.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatı:

• Mayalı məhsullar (qoğal, börək və bulka növləri, simit, poğaça, xaçapuri, şəkərbura, badambura və s.), tort və digər hazırlanmış yarımfabrikat məhsulların bişirilməsi həyata keçirtmək;
• Sobada məhsulların bişmə müddətinə nəzarət etmək;
• Sobanın istilik tempraturunu məhsullara görə fərqləndirmək və uyğun olaraq tənzimləmək,
• Məhsul bişdikdən sonra onu sobadan çıxarmaq və əvvəlcədən ayrılmış yerlərə yerləşdirmək;
• Sobanın təmizliyini ciddi nəzarətdə saxlamaq, məhsulu sobaya daxil etməzdən əvvəl və sonra təmizləmək;
• İş prosesi zamanı əməyin təhlükəsizliyi məsələlərinə diqqətlə yanaşmaq və riayət etmək;
• İstifadə olunan alətlərin istifadəsini qaydalarını bilmək, təmizliyini və saz vəziyyətdə olmasını nəzarətdə saxlamaq;
• Sobanın fəaliyyətinin dayanmasına səbəb olacaq halların qarşısını almaq üçün əvvəlcədən lazımi tədbirlər görmək, fəaliyyətinin davamlılığını saxlamaq.

Namizəd üçün tələblər:

• Fırın, çörəkçi və oxşar sahələrdə təcrübəsi olmalı;
• Çevik, aktiv, diqqətli və eyni zamanda ehtiyatlı olmalı;
• Təmizliyə, səliqəyə və gigenik qaydalara xüsusi riayət etməli;
• Fiziki olaraq sağlamlığı iş funksiyasına uyğun olmalı;
• Hərəkətli iş rejimində işləməyi bacarmalı.
• Yaş: 20-30

İş şəraiti:

• Ünvan: Binəqədi ray., Məsud Davudoğlu küç.(20 saylı uşaq poliklinikasının və №115məktəbin yaxınlığı)
• İş qrafiki: həftədə 6 gün saat 7:00-17:00-dək
• Nahar şirkət tərəfindən ödənilir.
• Əmək haqqı: 300-400 AZN

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

Lavinia MMC tərəfindən digər vakansiyalar