Sistem operatoru

  • Lavinia MMC
  • Elanın qoyulma tarixi: 03.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə təlimatı:

1. Gün ərzində istehsal olunan məhsullara istehsal tapşırıqları vermək;
2. Mövcud məhsul reseptlərində dəyişikliklərə ehtiyac olduğu zaman korreksiyalar etmək;
3. Yeni hazırlanan məhsulların reseptlərini tərtib etmək;
4. İstehsal prosesində resepetlərə uyğunluğa birbaşa nəzarət və müdaxilə etmək;
5. Anbardan resept şöbəsinə tranfer olunan məhsulları qaimə əsasında qəbul etmək;
6. Sistemin qurulması və operativ işləməsi üçün lazımı tədbirlərin vaxtında proqnozlaşdırmaq;
7. Sistem ilə bağlı təklif planın hazırlanıb rəhbərliyə təqdim etmək;
8. Sayımlarda iştirak etmək, sayım dataları sistemə daxil etmək və sayım hesabatı hazırlamaq
9. Sifarişlərin reseptlərini hazırlayıb ustalara vermək;
10. Məhsulların çəkisi haqqında məlumatların sistemdə qeydiyyatını aparmaq;
11. Mağazalara gündəlik verilən məhsulları nəzərdən keçirib, qaimə formasında Anbardara təqdim etmək;
12. Mağazalardan gündəlik çıxan zay məhsulları aktlaşdırıb anbardara təqdim etmək;

Namizəd üçün tələblər:

1. İstehsalat sahəsində iş təcrübəsi;
2. Riyazi biliklər və yüksək analiz qabiliyyəti,;
3. Kompüter bilikləri (MS Office);
4. Komandada və fərdi şəkildə işləmək bacarığı;
5. Ünsiyyət qurma və fikirlərini aydın çatdırma bacarığı;
6. Məsuliyyətli, dürüst və nizam-intizamlı olmaq;
7. Hərəkətli iş rejimində işləyəməyi bacarmaq.

İş şəraiti:

1. Ünvan: Binəqədi ray., Məsud Davudoğlu küç.(20 saylı uşaq poliklinikasının və №115məktəbin yaxınlığı)
2. İş qrafiki: həftədə 6 gün saat 7:00-17:00-dək
3. Nahar şirkət tərəfindən ödənilir.
4. Əmək haqqı: müsahibə zamanı namizədə görə müəyyənləşdiriləcək.

Uyğun namizədlər CV-lərini mövzu hissəsinə “Sistem operatoru” yazaraq [email protected] mail ünvanına göndərə bilər.

Lavinia MMC tərəfindən digər vakansiyalar