Aqronom

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 05.04.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə:

- Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə qaydalarını bilməli ;
- Bitki mühafizə üçün dərmalar barədə təkliflərin hazırlanması, satışın planlaması
- Bölgələrdən ( mağazalarımızdan) edilən müraciət ( bitki xəstələyi və dərman ilə bağlı) ilə bağlı xidmət göstərməli
- Bölgələrdə( mağazalarımızda ) qeyd olunan sahədə satışa dəstək üçün mütəmadi təlimlərin keçirilməsi ( onlayn ola bilər)
- Korporativ fermerlərlə mütəmadi əlaqə saxlamalı ( göstərilən xidmət barədə məlumat almaq üçün )
- Bitki mühafizə üzrə dərmanlarla bağlı xarici şirkətlərlə danışıqlar aparılması, əməkdaşlıqların qurulması
- Toxum çeşitləri haqqında məlumatlı olmaq,

İş yeri: Bakı şəhəri
Bölgələrə ezamiyyələr olacaq.

Namizədə aid tələblər:

- Aqronomluq sahəsində ali təhsilli; (bitki mühafizə)
- 3-5 il təcrübəli;
- Ölkəmizdə bitən bitkilər və onların xəstəlikləri ilə bağlı dərmanlar haqqında geniş məlumatlı;
- Dil bilikləri: İngilis dili mükəmməl, Rus dili arzuolunan;
- MS Office və İnternet, E-Mail-dən istifadəni bilən;
- Diqqətli və məsuliyyətli, 25-40 yaş arası namizədlər müraciət edə bilər.
- Əmək haqqı: YÜKSƏK

İş Qrafiki:
I-V günlər 09:00 - 17:00, şənbə 9:00-13:00

Vakansiya ilə maraqlanan namizədlər [email protected] e-mail ünvanına “Aqronom” yazmaqla CV-lərini göndərə bilərlər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.