Təhlükəsizlik üzrə nəzarətçi

  • Tabaterra
  • Elanın qoyulma tarixi: 29.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Müəyyən olunmuş buraxılış rejminə nəzarət edilməsi;
• Qorunan obyektdə giriş-çıxış zamanı işçilərin və ya digər şəxslərin ofisə keçirdiyi əşyalara və ofisdən çıxarılan əşyalara nəzarət edilməsi;
• Kamera vasitəsilə mühafizə rejminə əsasən və mövcud qrafikə uyğun olaraq monitorinqlər aparılması və bu barədə birbaşa rəhbərinə məlumatların təqdim edilməsi.

Namizədə qarşı tələblər:

• Orta ixtisas təhsili (ali təhsili olanlara üstünlük verilir);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus dilini bilənlərə üstünlük verilir);
• Növbəli iş qrafiki olduğundan Sumqayıtda yaşayan namizədlərə üstünlük verilir;
• Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 aprel 2021-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təhlükəsizlik üzrə nəzarətçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.