İnstitusional islahatların idarə edilməsi şöbəsinin şöbə rəisi

İşin təsviri

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:

- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:

- Problem həlletmə;
- Analitik düşüncə;
- Təşəbbüskarlıq.

Digər tələb və üstünlük göstəriciləri: Müraciət edən namizədlərin layihələrin idarə edilməsi (Project management) üzrə beynəlxalq sertifikatlara (PMP, PMİ-ACP və s.) və magistr dərəcəsinə malik olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

- Şöbənin işini təşkil etmək;
- İdarənin illik əməliyyat planından irəli gələn illik iş planını və şöbənin işçiləri arasında iş bölgüsünü müəyyən etmək;
- Şöbənin fəaliyyəti üzrə mövcud olan layihələrin müvafiq qaydada idarə olunmasını və planlaşdırılmasını həyata keçirmək;
- Layihələrin idarə olunması üzrə metodologiyanın hazırlanmasını, təkmilləşdirilməsini və kommunikasiyasını həyata keçirmək;
- Cəmiyyətin müvafiq dövr üzrə müxtəlif icra planlarının layihələrini hazırlamaq, müvafiq qaydada təsdiq edildikdən sonra onların həyata keçirilməsini təşkil etmək;
- Cəmiyyət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan strategiya, islahat, konsepsiya və proqram layihələrinin hazırlanmasında iştirak etmək;
- İslahat layihələrinin idarə olunması üzrə işçi qruplarının formalaşmasında iştirak etmək və məsələ ilə bağlı tövsiyələr vermək;
- İslahat layihələri üzrə aparılan işlərlə bağlı Cəmiyyətin müvafiq struktur qurumlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;
- Cəmiyyətin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə struktur qurumların funksiyalarını təhlil etmək və müvafiq təkliflər vermək;
- Layihənin tələb olunan keyfiyyətdə, vaxtlı-vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
- Şöbənin işi və layihələr üzrə hesabatları hazırlamaq.

Son müraciət tarixi: 04.04.2021
Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/1262#vp