Emal şöbəsinin baş mühəndisi

İşin təsviri

Təhsili: Mühəndis-mexanik ixtisası üzrə ali təhsil
İş stajı: Baş mühəndis vəzifəsində minimum 5 il iş təcrübəsi
Fəaliyyət sahəsi: Xam pambığın tədarükü,saxlanması, emalı və texniki çiyiddən yağ emalı sahəsi
Kompüter biliyi: Microsoft Office (Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) həmcinin (AutoCAD, ArchiCAD,İnventor və s)
Dil biliyi: Azərbaycan və Rus dili ( İngilis dili arzuolunandır)

İş üçün lazım olan digər xüsusiyyətlər

- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, analiz etmə bacarığı,şəxsi və peşəkar inkişaf, hesabat yazma bacarığın olması
- İş dövründə vaxtdan səmərəli istifadə etmək bacarığı
- Mühəndis-mexaniki sahəsi üzrə idarəçilik bacarığı
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydarlarını bilməsi
- Müvafiq qanunvericilikdə nəzərədə tutulan akt və normalar barədə yetərincə biliyə malik olması

Vəzifə öhdəliyi və məsuliyyəti

- Fəaliyyət sahəsi üzrə tədarük olunan xam pambığın normativ texniki sənədlərin tələblərinə uyğun qəbul edilməsi
- Xam pambığın və hazır məhsulların saxlanmasında profilaktik tədbirlərin vaxtında yerinə yetirilməsi
- Emal prosesini davamlı fəaliyyətini təmin etmək
- Emaldan alınan hazır məhsulların keyfiyyət göstəricilərinin normativ texniki sənədlərin tələblərinə uyğun olmasını təmin etmək
- Tədarük,saxlanma və emalda istifadə olunan avadanlıq,qurğu, mexanizimlərin cari və əsaslı təmirinin vaxtında yerinə yetirilməsi
- Avadanlıq,mexanizim və qurğuların cizgililərin diaqramları oxumaq bacarığı

Vəzifə səlahiyyəti

- "Cəmiyyətin direktorunun, digər vəzifəli şəxslərinin öz fəaliyyətinə aid olan qərarları ilə tanış olmaq.
 -Onun tərəfindən yerinə yetirilən vəzifələrə aid olan məsələlərin müzakirəsində iştirak etmək.
 -Cəmiyyətin fəaliyyətinin yaxşılaşdırılması üzrə təklifləri Cəmiyyət rəhbərliyinin təqdimatına irəli sürmək.
- Müvafiq məsələlər ilə bağlı Cəmiyyətin bütün (ayrı-ayrı) struktur bölmələrinin rəhbərləri ilə qarşılıqlı əlaqələr qurmaq.
- Ona tabe olan işçilərdən fərqlənənlərin həvəsləndirilməsi barədə, istehsal və əmək intizamını pozanlara cərimələrin tətbiq olunması barədə təkliflər irəli sürmək,
- Öz vəzifə borclarının və hüquqlarının icrasında Cəmiyyət rəhbərliyindən kömək göstərilməsini tələb etmək.
- Rəhbərliyə baxılması üçün şöbənin iş metodlarının təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək və müəssisənin digər struktur bölmələrinin fəaliyyəti üzrə qeydlər vermək.
- Öz səlahiyyətinə dair sənədləri imzalamaq, dərkənar qoymaq."

Əmək haqqı 2000 (gross)
İş vaxtı 5 günlük iş rejimi, 09:00-18:00
Digər işlər: İşi ilə bağlı ezamiyyətlərdə ola bilmək

Uyğun namizədlərdən cv-lərini [email protected] mail ünvanına mövzu yerinə “Emal şöbəsinin baş mühəndisi” qeyd edərək göndərmələri xahiş olunur.