Könüllü təcrübə proqramı

İşin təsviri

Sizə nə təklif edirik?

• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Sənəd dövriyyəsi, İnsan resursları üzrə məlumat bazası ilə işləmək imkanları;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, İngilis dili və Rus dili arzuolunandır;
• MS Offise proqramlarında (Word, Excel) yüksək səviyyədə iş bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarıqları;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Yüksək araşdırma və tədqiqat bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
• Məntiqi təfəkkür və təhlil bacarığı;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

• Məlumat bazası ilə işləmək;
• Arxivləşdirmə prosesində iştirak;
• Sənəd dövriyyəsi sahəsində işləmək;
• Testləşdirmənin təşkilində iştirak;
• Namizədlərlə əlaqələrin qurulması;
• Namizədlərlə müsahiblərdə iştirak;
• Sənəd tərtibatının təmini;
• Təlim modullarının hazırlanmasında və təlimlərin təşkilində iştirak;
• Dövri hesabatların hazırlanması və təqdim edilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi 25 mart 2021-ci il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Könüllü təcrübə proqramı” (sənədlərlə iş) yazmaqla göndərməyiniz xahiş olunur.