Mühasib

  • Elanın qoyulma tarixi: 12.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
- DSMF, Statistika və Məşğulluq idarəsinə hesabatlarının hazırlanması və təqdim edilməsi
- E-Qaimə fakturalarının və VHF yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
- Vergi orqanları ilə yazışmaların aparılması;
- Ödəniş tapşırıqlanının hazırlanması;
- Vergi və audit yoxlamaları zamanı məlumatların təqdim edilməsini təşkili

Namizədə olan tələblər:

- İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
- Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi (istehsal, konsaltinq,ticarət, inşaat)
- MS Office (xüsusilə MS Excel), BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı;
- AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- Mühasibat sahəsi üzrə qanunvericilik aktlarını və normativ sənədləri bilməli
- Analitik qabiliyyət, ünsiyyət və təqdim etmək bacarıqlarına malik;
- Verilmiş tapşırığları vaxtında icra etmək, problemləri həll etmək bacarığına malik olmalıdır. Yaş məhdudiyyəti yoxdur
- Şirkət hesabına nahar verilir.

Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.