Ticari Marketinq Meneceri

  • Superfon
  • Elanın qoyulma tarixi: 09.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

• Şirkətin Ticari Marketinq strategiyasının hazırlanmasını və icrasını təmin edir;
• Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin fəaliyyətini bazarda təqdim etdiyi məhsul və xidmətlər üzrə sosial media və digər kanallar vasitəsi ilə kommunikasiya və koordinasiyasını reallaşdırır;
• Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirir;
• Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz və təhlilini hazırlayır;
• Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət edir;
• Satış dövriyyəsinin artırılması və müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələr, promo aksiya və kampaniyaları həyata keçirir;
• Ticari Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verir.

Tələblər:

• Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
• Ali təhsil (İqtisadiyyat,Marketinq,Kommersiya);
• Dil bilikləri:Azərbaycan dili mükəmməl və ingilis dili orta səviyyədə bilməlidir;
• MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
• Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.

Əmək haqqı – 2000 azn.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Ticari Marketinq Meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 10.04.2021

İşəgötürənin reytinqi