İşin qısa təsviri :
Vəzifələr:
o Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını həyata keçirir;
o Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirir;
o Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini həyata keçirir;
o Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlayır;
o Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin edir.
Sahə üzrə bilik və bacarıqlar :
o Daxili audit qaydalarını bilməli;
o Risklərin idarəedilməsi (o cümlədən, müxtəlif sahələrdə (marketinq, logistika, istehsalat və s.) iş təcrübəsinə malik olan);
o BMHS (o cümlədən, maliyyə konsolidasiyası);
o İqtisadi sahədə qanunvericiliyi bilməli;
o Mənimsəmə və saxtakarlığın idarəedilməsi;
Tələblər :
o Ali təhsil (Mühasibat uçotu və audit,idarəçilik, iqtisadiyyat, maliyyə );
o 3 ildən çox iş təcrübə (Muhasibarlıq/Maliyyə/Audit);
o Beynəlxalaq Mühasibat Uçotunun ilkin bilikləri;
o Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
o Vergi Məcəllələrini bilmək;
o Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
o ACCA sertifikatlar üstünlükdür.
İş şərtləri :
o Həftədə 5 iş günü;
o İş vaxtı: 09:00-dan 18:00-dək ya 08:00-17:00-dək
o İş yeri: Hökməli qəsəbəsi
o Nahar şirkət tərəfindən təmin olunur;
o Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək.
Biz nə təklif edirik :
o Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
o Təlim və inkişaf proqramlarının geniş çeşidi;
o Mükəmməl peşəkar komanda və mehriban mühit;
o Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Daxili Auditor” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.