Kargüzar

İşin təsviri

İş barədə məlumat:

- Daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;
- Vahid kargüzarlıq sisteminin təşkil olunmasını təmin etmək və bu işin təşkili sahəsində onlara zəruri köməklik göstərmək;
- Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək;
- İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək;
- Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, təşkilatın rəsmi yazışması, məktublaşmanı idarə etmək;
- Sənədləri, hesabatları, təqdimatları hazırlamaq və təqdim etmək;
- Daxil olan məktubları və sənədləri qeydiyyata salıb, işçilərə çatdırılmasını təmin etmək;
- Göndərilən məktubları və sənədləri lazimi qaydada hazırlayıb qeydiyyata salıb, müəyyən ünvana çatdırılmasını təmin etmək;

Namizədə tələblər:

- Təhsil dərəcəsi: Bakalavr
- Təcrübə: Ümumi əmək stajı 5 ildən az olmayaraq , müvafiq sahə üzrə 3 ildən az olmayaraq,
- Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili orta səviyyədə
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

İş qrafiki:

Həftə içi 5 gün, saat 09:00-18:00.
İş yeri: Bakı şəhəri
Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV-lərini mövzu yerində “Kargüzar” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

Dövlət Agentliyi yanında Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar