Mühasib

İşin təsviri

Vəzifə üzrə tələblər:

- Mühasibat və vergi uçotunun aparılması;
- Mal-Material uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
- İşçilərlə hesablaşmaların təmin edilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Vergi, DSMF, Statistika, bütün hesabatların müvafiq proqramlarda hazırlanması və onlayn təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturaların tərtib olunması və göndərilməsi;
- Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Tələblər:

- 30-50 yaş aralığında olan namizədlər;
- Ali təhsil (maliyyə və mühasibat uçotu);
- Dövlət qrumunda, büdcə təşkilatında mühasibatlıq sahəsində iş təcrübəsi
- İş təcrübəsi: müvafiq vəzifədə 5 ildən yuxarı
- Dil bilikləri: Azərbaycan dili

İş qrafiki:

Həftə içi 5 gün, saat 09:00-18:00.
İş yeri: Bakı şəhəri
Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV lərini [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

Dövlət Agentliyi yanında Publik Hüquqi Şəxs tərəfindən digər vakansiyalar