Vəzifə öhdəlikləri:
• Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
• Qanunvericilik layihələrinin hazırlanması və bununla bağlı müvafiq qurumlarla işlərin aparılması;
• Daxili idarəetmə prosedurlarının hazırlanması və onlara əməl edilməsinə mütəmadi nəzarət;
• Təşkilatın struktur bölmələrinə hüquqi məsləhət və dəstək verilməsi;
• Təşkilatın fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək;
• Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması.
Tələblər:
• Hüquq və ya beynəlxalq hüquq sahəsi üzrə bakalavr dərəcəsi;
• Hüquq sahəsində minimum 1 il iş təcrübəsi (dövlət qurumlarında iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək);
• Dövlət satınalmaları sahəsində zəruri biliklərə sahib olmaq və prosedurları tətbiqini anlamaq;
• Müqavilələrin tərtibi sahəsində təcrübə;
• Mükəmməl azərbaycan və ingilis dili biliyi;
• Ofis proqramlarında sərbəst işləmək bacarığı;
• Güclü analitik və problem həll etmə bacarıqları;
• Təfərrüatlara diqqətlə yanaşmaq;
• Təşəbbüskar olmaq.
Namizədlər CV-lərini 28.10.2021 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Xahiş edirik müraciət etdiyiniz vəzifənin adını (Hüquqşünas) elektron məktubun mövzü bölümündə qeyd edəsiniz. Nəzərə alardınız ki, yalnız seçilmiş namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.