Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə - mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

• KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
• KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
• Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
• KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
• KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
• Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:

• Gəncə
• Bərdə
• Yevlax

Bizim üçün ideal namizəd:

• Ali iqtisadi təhsili olan;
• Azərbaycan dilini səlis bilən;
• Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
• Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə - mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az