Kreditlərin inzibatçılığı üzrə mütəxəssis

İşin təsviri

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:

• Goranboy
• Sumqayıt
• Şirvan
• Gəncə
• Tovuz

Görəcəyiniz işlər:

• Verilmiş kreditlərin və balansdankənar öhdəliklərin yoxlanılması;
• Arxivləşmə işinin təşkili;
• Bankdaxili strukturlar tərəfindən göndərilən sorğuların icrası;
• Kreditlərin silinmələrinin icrası;
• Müştəri sənədlərinin məhkəmə prosesi üçün hazırlanması və maliyyə arayışlarının tərtibi;
• Kreditlərin təminatı qismində olan girovların yüklülüyə qoyulması və azad olunması üçün sorğuların hazırlanması.

Bizim üçün ideal namizəd:

• Ali iqtisadi təhsili olan;
• Komandada işləmək bacarığı olan;
• İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kreditlərin inzibatçılığı üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az