Yol tikintisi - Briqadir(Qrup rəhbəri)

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 01.03.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Yolun tikintisi üçün müəyyən edilmiş vaxt intervalı və hava şəraitinin münasibliyini yoxlamaq;
- Hazırlıq işlərinə başlamaq üçün yolun layihəsi və tikiliş cizgiləri haqqında ərazidə çalışan işçilərə aydın məlumat vermək;
- Yol tikintisi üzrə əməliyyatların ardıcıllığını layihənin planı və ekoloji tələblərə uyğun olaraq ərazidə çalışan işçilər ilə planlaşdırmaq və tətbiq etmək;
- Yolun tikilişi və ya texniki xidmət üzrə formal planı təsdiq etmək üçün iş yerinin prosedurlarına və ekoloji tələblərinə uyğun olaraq hazırlamaq
- Müəssisənin təlimatlarına uyğun olaraq texniki xidmət üçün tələb olunan işçi, material və avadanlığı əlaqələndirmək, iş qrafikini planlaşdırmaq;
- Layihə, tikinti, proqram modifikasiyası və ya tikinti-təmir işləri ilə əlaqədar ərazidə çalışan işçilərə texniki məsələlər ilə bağlı məsləhət vermək.
- Əməyin mühafizəsi üzrə tələblərə uyğun olaraq digərləri ilə ünsiyyət yaratmaq.

Tələblər:

- Təhsil: Müvafiq sahə üzrə arzuolunandır
- Yaş aralığı: 25-55
- Məhləarası yol tikintisində 2 ilə yaxın təcrübə;
- Komandanın idarə olunması və iş bölgüsünün düzgün aparılması;
- Məsuliyyət, diqqət, öyrənmə qabiliyyəti yüksək;
- Stresə dözümlülük, dürüstlük.

İş şəraiti:

- Təcrübə: 2 il
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 800-1000AZN
- İş yeri: Şəhərdaxili fərqli ərazilər

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində " Briqadir(Qrup rəhbəri) " qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər və ya 051 201 21 18 əlaqə yarada bilərlər.