IT Auditor

  • Unibank
  • Elanın qoyulma tarixi: 25.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

- Ali təhsil (İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsi üzrə arzu olunandır);
- Hər hansı peşəkar kvalifikasiyalar üzrə (CompTIA Security+, ITIL, COBİT, İSO 27001) sertifikatları olanlara üstünlük verilir;
- Azərbaycan dilində sərbəst danışıq, ingilis dilini bilmək zəruridir, rus dilini bilmək arzu olunandır;
- İT və İT təhlükəsizlik sahəsində təcrübə biliklərinə malik olmaq;
- İnformasiya sistemləri, şəbəkə avadanlıqları, məlumat bazası və web texnologiyalar haqqında biliklərə malik olmaq;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik təhlil etmə, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və komandada işləmək bacarığı;
- Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq.

Öhdəliklər:

- İllik audit planına uyğun olaraq davamlı audit yoxlamaları həyata keçirmək;
- Bankın IT infrastruktur, siyasət və əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsidə iştirak etmək;
- İnformasiya sistemlərində və əlaqəli sistemlərdə mövcud olan riskləri müəyyən etmək, həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
- İnformasiya sistemlərində mütəmadi baş verən problemlərin əsas səbəbini aşkar etmək;
- Mövcud nəzarət mexanizmlərini qiymətləndirmək və adekvat nəzarət mühitinin yaradılması ilə bağlı müvafiq tövsiyələr vermək;
- Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək;
- Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və tövsiyələr təklif etmək;
- Keyfiyyətli daxili audit hesabatlarının layihəsini hazırlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (IT Auditor) göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkinə keçid edib vakansiyaya müraciət edə bilər.

İşəgötürənin reytinqi