Marketinq mütəxəssisi

  • Starex
  • Elanın qoyulma tarixi: 25.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 700 – 900 Azn

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur

Vəzifə öhdəlikləri:

● İllik marketinq planının hazırlanması və ona uyğun işlərin qurulması;
● Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin (Websayt, SMM və s.) icrasını təmin etmək;
● PR və reklam mətnlərinin hazırlanması
● Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
● Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
● Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
● Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
● Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
● Şirkətin strateji marketinq planının icrasını həyata keçirmək
● Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;

Namizədə Tələblər:

● Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
● Marketinq sahəsində minimum 2 il iş təcrübəsi mütləqdir;
● Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
● Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
● Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
● Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
● Komandada işləmə və komandanı idarəetmə;

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi