Mühasib

İşin təsviri

Tələblər:

• Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
• AR Əmək Məcəlləsi və Vergi Məcəllələrini bilmək;
• BTP, Excel, Elektron Hökümət Portalında işləmək bacarığı.
• Azərbaycan və rus dilini yaxşı səviyyədə bilmək
• Müvafiq sahədə min. 1 il iş təcrübəsi;

İş barədə:

• Vergi və mühasibat uçotunun aparılması
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• Hesab-fakturaların, E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
• Mühasibatlıqla bağlı aylıq məlumat xarakterli hesabatların rəhbərliyə təqdim edilməsi;
• Vergi hesabatlarının (ƏDV, Mənfəət, Vahid bəyannamə və s) və digər digər dövlət qurumlarına verilən hesabatların hazırlanması;
• Gündəlik olaraq online kargüzarlığın yoxlanılması, vergi ilə bağlı məktubların cavablandırılması;
• Debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması;
• Bank və kassa ödənişlərinin həyata keçirilməsi.

Ofisin ünvanı: İçərişəhər metrosunun yanı.

İş qrafiki: 9:00-18:00, 5 günlük iş qrafiki.

Əmək haqqı: 500 AZN.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini "Mühasib" başlığı altında [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

İşəgötürənin reytinqi