Namizədə aid tələblər:
• Kimya, Kimya Texnologiyası və ya Mühəndis Texnoloq ixtisasları üzrə ali təhsili olmalı;
• Təmizlik məhsullarının istehsalı sahəsində ən azı 1 illik təcrübəyə sahib olmalı;
• Fiziki-kimyəvi analiz laboratoriyasında çalışma qaydasını bilməli;
• Ümumi və analitik kimyanın əsaslarını bilməli;
• Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
• Təmizlik məhsulları sənayesini, xüsusiyyətlərini, özəlliklərini və texnologiyası reglamentini bilməli;
• Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
• Araşdırma və analizetmə bacarığı olmalı;
• Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
• MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
• Keyfiyyət standartlarına uyğun nümunələr alınmalı;
• İş təlimatlarına və standartlara əsasən analiz və sınaqlar aparmalı;
• Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi üçün çalışmalı;
• Laboratoriyada işlənilən məhlul və qarışıqları hazırlamalı;
• Prosesdəki keyfiyyət pozuntusunun səbəbini aşdıraraq, gərəkli tədbirləri almalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
• Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etməli;
• Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirtməli;
• Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etməlidir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Laboratoriya İnspektor” qeyd etməyiniz xahiş olunur.