Araşdırma mütəxəssisi

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 21.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş təcrübəsi: Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 22-30

İşin Təsviri: Faktiki inventarizasiya miqdarlarını və uçot miqdarlarının düzgünlüyünü sənədlər əsasında araşdırır, yekun nəticəni müəyyən edir və sayılan miqdarları sistemə daxil edərək uçot qalıq məlumatlarını düzəldir.

Vəzifə öhdəlikləri:

- Anbarlarda malların qalma müddətini passportlar üzrə yoxlanışını aparmaq;
- Anbar üzrə kənarlaşması olan məhsulları araşdırmaya başlamazdan əvvəl İnventarizasiya şöbəsi tərəfindən tərtib olunmuş şəbəkə üzrə olan problemlərə nəzər yetirmək;
- Uçot qalığı olan və ya hərəkətsiz anbarların müəyyən edilməsi(virtual anabarların araşdırılması), mövcud neqativ halların aradan qaldırılması istiqamətində təkliflər irəli sürmək;
- Sistemə daxil edilməyən transfer və yaxud cari sənədlərin aşkarlanmasını və müvafiq düzəlişlərin edilməsini təmin etmək;
- Araşdırma zamanı hər anbar üzrə müəyyən edilmiş məhsulun hərəkətinin, giriş-çıxış sənədlərinin yoxlanılmasını və həmin sənədlərin araşdırılmasını təmin etmək.

Tələblər:

- MS Office proqramlarında peşəkar istifadəçi səviyyəsində işləmə qabiliyyətinin olması;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyətinin olması;
- Məntiqi biliklərin və yüksək analitik qabiliyyətin olması;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dili biliyi arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük(Şənbə günü növbəli)

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Araşdırma mütəxəssisi” yazıb CV göndərməklə müraciət edilir.