Brendlərin idarə olunası departamentinin direktor müavini

İşin təsviri

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq.

BRENDLƏRİN İDARƏ OLUNMASI DEPARTAMENTİNİN DİREKTOR MÜAVİNİ (Mobil telefonlar üzrə)

Tələblər:

• Təhsil: Ali təhsil
• Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dillərindən birini səlis bilməli;
• Satış təcrübəsi olmalıdır; (Elektronika və məişət avadanlıqları sahəsində təcrübənin olması üstünlükdür.)
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Güclü analitika qabiliyyəti;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

• Bazar araşdırması edərək müştərilərin ehtiyac və istəklərini, rəqiblərin üstün və zəif cəhətlərini, məhsul çeşidini müəyyənləşdirmək;
• Məhsulun spesifikasiyaları və tələblərini nəzərdən keçirərək indiki və gələcək məhsul özəlliklərini müəyyən etmək, yeni məhsul ideyalarını və ya məhsul çeşidlərini ortaya çıxarmaq;
• Şirkətin məhsulunu rəqiblərin məhsulları ilə müqayisə edərək bazar rəqabətini qiymətləndirmək;
• Rəhbərlik etdiyi kateqoriyanın satış strategiyasını rəhbərliklə bir yerdə müəyyənləşdirmək;
• Rəhbərlik etdiyi məhsulların xüsusiyyətlərini sistemdə və saytda daim yükləmək və təqib etmək;
• Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozları və xüsusi hesabat və təhlillər hazırlayaraq rəhbərlik üçün məlumat vermək; sual və sorğulara vaxtında cavab vermək;
• Öhdəliyində olan məhsul çeşidi üçün Marketinq kompaniyalarının hazırlanması və rəhbərliklə razılaşdırılmış şəkildə məhsulların qiymət və satış şərtlərinin müəyyən edilməsi;
• Rəhbərlik tərəfindən qoyulan, aylıq, rüblük və illik satış hədəflərinin yerinə yetirilməsi üçün səylə çalışmaq;
• Satış və stok vəziyyəti, bazar satış tenedesiyası və s. Məqamları nəzərə alaraq məhsul sifarişi hazırlayıb rəhbərliyə təsdiq etdirmək;
• Mağazaları analiz edərək uyğun məhsul çeşidinin müəyyən edilməsi və gələn yeni məhsulların buna uyğun bölgü olunması.
• Brendlərində idarə olunması Departamentinin müvafiq tapşırıqlarını yerinə yetirmək

Biz Siz təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;
• Əmək haqqı: 1000-3000 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “BRENDLƏRİN İDARƏ OLUNMASI DEPARTAMENTİNİN DİREKTOR MÜAVİNİ (Mobil telefonlar üzrə)” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 20.03.2021

İşəgötürənin reytinqi