Satış təmsilçisi

  • AEV
  • Elanın qoyulma tarixi: 18.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təcrübə - 1-3 il

Təhsil - Ali təhsil
Dil bilikləri-  Azərbaycan, Rus dili
Sürücülük vəsiqəsi-  B
Əmək haqqı: 500-1000 AZN
Əmək haqqına əlavələr- Satışdan əldə edilən nəticələrə görə müəyyən edilir.
Nəqliyyat vasitəsi-  Şəxsi avtomobil
Yaş həddi-  25-40

Tələb olunan bilik və səriştələr

• Malların satışını stimullaşdırmaq üçün işlərin təşkilinin əsasları.
• Ticarət alətlərindən istifadə xüsusiyyətləri və prinsipləri.
• Reklam növləri və reklam fəaliyyətinin təşkili əsasları.
• Pərakəndə məkanın təşkili və pərakəndə məkandan səmərəli istifadə prinsipləri.
• Ticarət meydançasında malların nümayişinin effektivliyini qiymətləndirmə metodları.
• Təklif olunan malların əsas keyfiyyəti və istehlak xüsusiyyətləri.
• Malların cari qiymətləri.
• Satış sahəsindəki müştəri davranışının modelləri.

Vəzifə öhdəlikləri

• Müştərilələrlə sıx əlaqələrin yaradılmasını təmin edir,
• Təyin olunmuş rut üzrə müştəriləri ziyarət edir, onların mal ehtiyaclarını müəyyən edir, əldə eytiyi mall sifarişlərinin qeydiyyatını müvafiq elektron cihazın yaddaşına daxil edir.
• İşəgötürənin təmsil etdiyi malların ticarət və kredit siyasətinin həyata keçirilməsini təmin edir
• Müştəri potrfelinin artırılmasında faəl iştirak edir, ərazisindəki yeni ticarət obyeklərini qeyd edir, onları ziyarət edir təmsil etdiyi malları təklif edir.
• Məhsulların ən əlverişli formada yerləşdirilməsini təmin edir, merçendayzerlərin işinin təşkilinə yardım edir
• Yeni çeşid malların təşviqini təmin edir.
• Təyin edilmiş ərazidə gündəlik marketinq araşdırmaları aparır
• İşəgötürənə gündəlik görülən işlər barədə hesabatlar təqdim edir.
• Bütün alıcılarla konstruktiv əməkdaşlığı gücləndirir yüksək səviyyədə xidmət göstərir
• İşəgötürənin strateji hədəflərini anlamaq, onların həyata keçirilməsini hər cür şəkildə təşviq etmək.
• Bütün təlim proqramlarında fəal iştirak edir
• Etik ticari qaydalara riayyət edir

Vakansiya ilə maraqlanan namizədlər CV –ni [email protected] elektron ünvanının mövzu bölməsində Satış təmsilçisi qeyd etməklə müraciət edə bilərlər.