Elektrik və Avtomatika üzrə Baş usta

İşin təsviri

Vəzifə və Öhdəliklər:

• Elektrik xətləri sistemlərinin və onlarla əlaqəli olan avtomatlaşdırılmış avadanlıq, elektrik maşınları, digər elektrik aparatlarının montajı, quraşdırılması və digər avtomatika işinin təşkilini;
• Elektrik avadanlıqlarına və avtomatlaşdırılmış dəzgahlara mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirməyi;
• Elektrik mühərriklərinin sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiyası və müqavimətinin yoxlanmasını;
• Avtomatlaşdırılmış və mexaniki dəzgahların, cihazların və digər avadanlıqların fəaliyyətinə nəzarət etməyi və nazaslıq halında dərhal müdaxilə edib, təmir etməyi;
• Avadanlıqlarda, cihazlarda qaldırıcı mexanizmlərdə və digər elektrikli qurğularda göstəriş, elektrik diaqramları və çertyojları oxumağı;
• Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etməyi;
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasının təşkilini;
• Görülən tədbirlərin və həyata keçirilən fəaliyyətin uçotu və sənədləşdirilməsi, səmərəliyin artırılması üçün təkliflərin verilməsini.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• İstehsalat, tikinti quraşdırma sahələri və bu kimi digər müəssisələrdə ən azı üç il intensiv təcrübə;
• Texniki peşə təhsilin olması və müvafiq Ali təhsil üstünlükdür (uğurlu nəticə əldə olunsa qısa müddətdə elektrik mühəndisliyi kimi karyera yüksəlişi ola bilər);
• Kompyuter bilikləri (internetdən sərbəst istifadə etmək və müvafiq proqramlarda işləmək);
• Təhlükəsizliyə xüsusi diqqət və qənaətcil davranış (enerji istehlakını azaltmaq);
• Elektrotexnikanın əsaslarını, avtomatlaşdırılmış sistemlərin, elektrik mühərriklərinin (və cihazların), sabit və dəyişən cərəyanlı generatorların iş prinsipini bilmək;
• Yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
• Nizam-intizam və əmək müqaviləsi üzrə tələbləri tam məsuliyyətlə icra etmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• Əmək haqqı müsahibə əsnasında

Son müraciət tarixi: 03 mart 2021-ci il.

Uyğun namizədlərdən CV- lərini [email protected] ünvanına göndərmələri və e-mailin mövzu hissəsində "Elektrik və Avtomatika üzrə Baş usta “qeyd etmələri xahiş olunur.