Başlıca öhdəliklər və məsuliyyətlər
• Linux-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
• Şirkətin web/app serverlərinin quraşdırılması və müşayiəti;
• IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
• İstehsalçılarla (DevOps) qarşılıqlı əlaqədə olmaq;
• Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
• Yeni servisləri fərqli tapşırıqlar əsasında təkminləşdirmək;
• Şəbəkə və serverlərin informasiya təhlükəsizliyinin Əməliyyat Sistemi səviyyəsində təmin edilməsi.
Namizədin profili
• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• İngilis dilbiliyi mütləqdir;
• RHСSA üzrə biliklər;
• HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat);
• Relational və non-relational baza sistemlərin ilkin səviyyədə qurulması və ilkin dəstəyin göstərilməsi (Redis DB + Sentinel, mongodb, mysql, postgresql);
• LoadBalancer/Failower sistemləri qurulması və idarə olunması (keepalive, peacemaker, haproxy, nginx);
• Administrator səviyyəsində Red Hat, Ubuntu Server əməliyyat sistemləri ilə çalışma bacarığı;
• GlassFish və Tomcat web-servisləri ilə praktiki iş təcrübəsinə malik olmaq;
• DevOps alətləri ilə işləmə (K8s, docker, rancher, jenkins, git , və s.);
• CI/CD Pipeline haqda biliklər.
• Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
• Linux server əməliyyat sistemlərini yüksək yüklənmələr altında istismar edilməsinin quraşdırılması üzrə iş təcrübəsi;
• Server skriptlərinin (Python və ya Bash) yazılması üzrə ilkin təsəvvür;
• VMWare əsaslı virtual maşınların idarə olunması;
• Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
• Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
• Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq;
• Monitoring alətlərdən istifadə etmək bacarığı (Zabbix, OP Manager);
• Çətin və qeyri-adi tapşırıqları həll etməyə hazırlıqlı olmaq;
• Təşkilatçılıq və komanda ilə işləmə bacarığı;
• Dözümlülük, diqqətlilik, məsuliyyətlilik.
Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq.
Namizədlərdən öz CV-lərini “Sistem inzibatçısı” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.