Problemli kreditlər üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

• Ali təhsil;
• Azərbaycan dilini səlis bilməli;
• Bank sektorunda minimum 1 illik iş təcrübəsi olmalı;
• Borcların yığılması və problemli müştərilərlə işləmək sahəsində iş təcrübəsi;
• MS Office proqramlarında işləmək qabiliyyəti olmalı;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri olmalı;
• Sürücülük vəsiqəsinin olması arzu olunandır.

Vəzifələr:

• Problemli kredit portfelinə nəzarət etmək;
• Gecikmədə olan problemli müştərilərlə bilavasitə əlaqə yaratmaq, gecikmə səbəblərini araşdırmaq və portfelin sağlamlaşdırılması üçün kompleks tədbirlər həyata keçirmək;
• Şirkətin problemli borcalanları və zaminləri ilə əlaqə yaratmaq, debitor borclarının yığımını təmin etmək;
• Problemlərin həll olunması vəziyyətindən asılı olaraq müştəri sənədlərini müvafiq struktur bölmələrinə təqdim etmək.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına mövzu hissəsində “Problemli kredit mütəxəssisi” qeyd edərək göndərə bilərsiniz.

İşəgötürənin reytinqi