Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 02.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

• Metodologiyanın tətbiqi:
- Siyasət, prosedur və qaydaların hazırlanma və onlara dəyişikliklərin edilmə mexanizmlərinin effektivliyini yoxlayır.
• Uyğunluq üzrə nəzarət:
- Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəblərini təhlil edir;
- Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
- Cəmiyyətin PL və TMM ilə bağlı siyasətin tətbiqinə nəzarət edir.
• Daxili tədqiqatların aparılması:
• Daxili nəzarət alətlərindən istifadə etməklə Cəmiyyətin emal sahəsində olan mövcud vəziyyətinin təhlil edilməsində, şöbənin illik fəaliyyət planına uyğun olaraq yoxlamaların və xidməti araşdırmaların aparılmasında iştirak etmək, bu istiqamətində riskləri aşkarlamaq və təqdim etmək;
- Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
- Müvafiq mövzuda təkliflər təqdim edir, hesabatlar və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
- Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
- Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə şöbə rəhbərliyinə təkliflər verir.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət və təlim keçmə bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi.
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və digər proqramlar.
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, milli mühasibat uçotu standartları, beynəlxalq maliyyə hesabatları standartları və iqtisadi prinsiplər üzrə nəzəri biliklər.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Maliyyə və ya iqtisadiyyat yönümlü ixtisaslar üzrə ali təhsil.
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (maliyyə və iqtisadiyyat sahələri üzrə iş təcrübəsinə malik olan şəxslər arzuolunandır).

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi