Hüquqşünas

  • Yelo Bank
  • Elanın qoyulma tarixi: 01.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Siz elektron poçtun “mövzu” yerinə “Lawyer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Vəzifə öhdəlikləri:

- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
- Bank tərəfindən bağlanması nəzərdə tutulan müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
- Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etməsi;
- Hüquq departamentinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.

Tələblər:

- Hüquq sahəsində ali təhsil;
- Təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində azı 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilmək;
- Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilmək;
- Kargüzarlıq işinin əsaslarını bilmək;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Kompüter bilikləri (MS Office proramlarını orta səviyyədə bilmək).

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəgötürənin reytinqi