Korporativ kreditlər üzrə baş mütəxəssis

  • AFB Bank
  • Elanın qoyulma tarixi: 01.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Ən az 3 (üç) il bank təcrübəsinin olması (korporativ satış strukturlarında);
• Mükəmməl Azərbaycan dili bilikləri (Rus və İngilis dilini bilənlərə üstünlük verilir);
• MS Office proqramlarında işləmək bacarığı;
• Şəffaflıq və Etik qaydalara əməl etmək;
• Ünsiyyət qurmaq və Problem həlletmə bacarığı;
• Strateji və Analitik düşünmə qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Müştəri bazasını idarəetmə bacarığı;

İŞİN TƏSVİRİ:

• Bankdaxili qayda və prosedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
• Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
• Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
• Fəaliyyəti zamanı imzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl etmək və bu məlumatların bilavasitə tabe¬çiliyində olan əməkdaşlar tərəfindən yayılmamasına nəzarət etmək;
• Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
• Formalaşdırmış kredit portfelinin idarə olunmasında və keyfiyyətinə nəzarət olunmasında birbaşa iştirak etmək;
• Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanmasını təmin etmək;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.