Baş Aqronom

  • Buta Agro
  • Elanın qoyulma tarixi: 28.01.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

- Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;

İş yeri: İsmayıllı Rayonu

Namizədə aid tələblər:

- Aqronomluq sahəsində ali təhsilli
- Kartof yetişdirmə üzrə mütəxəssis
- Aqronomluq sahəsində 5-8 il təcrübəli
- MS Office və İnternet, E-Mail-dən istifadəni bilən
- Diqqətli və məsuliyyətli, 30-40 yaş arası kişi namizədlər müraciət edə bilər.

- Əmək haqqı: 1500-2000 AZN
- İş Qrafiki: 6 günlük

Maraqlanan namizədlər [email protected] e-mail ünvanına “ Baş Aqronom İsmayıllı” yazmaqla CV-lərini göndərə bilərlər.